Fövqəladə hallardan qorunma və yanğın təhlükəsinə qarşı hazırlığın təşkili mövzusunda əməkdaş və tələbələrə məlumat verilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və yanğın təhlükəsinə qarşı hazırlığın təşkili” mövzusunda əməkdaş və tələbələr üçün tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və təhsil müəssisəsində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti xidmətinin yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov və Gəncə Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəis müavini polkovnik-leytenant Ramil Haqverdiyev iştirak ediblər.

İştirakçılara yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.


Fövqəladə hallardan qorunma və yanğın təhlükəsinə qarşı hazırlığın təşkili mövzusunda əməkdaş və tələbələrə məlumat verilibFövqəladə hallardan qorunma və yanğın təhlükəsinə qarşı hazırlığın təşkili mövzusunda əməkdaş və tələbələrə məlumat verilibFövqəladə hallardan qorunma və yanğın təhlükəsinə qarşı hazırlığın təşkili mövzusunda əməkdaş və tələbələrə məlumat verilibFövqəladə hallardan qorunma və yanğın təhlükəsinə qarşı hazırlığın təşkili mövzusunda əməkdaş və tələbələrə məlumat verilibFövqəladə hallardan qorunma və yanğın təhlükəsinə qarşı hazırlığın təşkili mövzusunda əməkdaş və tələbələrə məlumat verilib