Şəfiqə Axundovanın 100 illiyinə həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatının təşkilatçılığı ilə "Ziyalı ömrü" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, "Şərəf nişanı" və "Şöhrət" ordeni laureatları olan, Şərqdə ilk opera yazan, ilk qadın bəstəkar kimi adını tarixin yaddaşına həkk etdirən dünya şöhrətli bəstəkar Şəfiqə Axundovanın 100 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən Universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova Şəfiqə Axundovanın həyat və yaradıcılığından söz açaraq, Azərbaycan korifeylərini tanımaq, həmçinin, onların həyat və yaradıcılıqlarını öyrənməyin hər bir Azərbaycan gəncinin borcu olduğunu vurğulayıb.

Daha sonra qadın bəstəkarın həyat və yaradıcılığı haqqında videoçarxlar nümayiş etdirilib.

Sonda tələbələr tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya təqdim olunub və Şəfiqə Axundovanın repertuarından “Həsrətindən”, “Nədən oldu”, “Mehriban olaq” kimi musiqilər ifa edilib.


Şəfiqə Axundovanın 100 illiyinə həsr olunan tədbir keçirilibŞəfiqə Axundovanın 100 illiyinə həsr olunan tədbir keçirilibŞəfiqə Axundovanın 100 illiyinə həsr olunan tədbir keçirilibŞəfiqə Axundovanın 100 illiyinə həsr olunan tədbir keçirilibŞəfiqə Axundovanın 100 illiyinə həsr olunan tədbir keçirilibŞəfiqə Axundovanın 100 illiyinə həsr olunan tədbir keçirilibŞəfiqə Axundovanın 100 illiyinə həsr olunan tədbir keçirilibŞəfiqə Axundovanın 100 illiyinə həsr olunan tədbir keçirilibŞəfiqə Axundovanın 100 illiyinə həsr olunan tədbir keçirilibŞəfiqə Axundovanın 100 illiyinə həsr olunan tədbir keçirilib