ADAU-nun rektoru təltif edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği sahəsində Aqrar Universitet daim yüksək əzmlə fəaliyyət göstərib və göstərəcək.

Təbrik edir, uğurlar arzulayırıq!


ADAU-nun rektoru təltif edilib