ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu beynəlxalq əməkdaşlıq çərçivəsində bağlanmış müqaviləyə əsasən Almaniya dövlətinin “Tierschutz Entwicklungshilife e.v” təşkilatı ilə Azərbaycanda sahibsiz heyvanların qısırlaşdırılması, quduzluq peyvəndinin və qulaq birkalarının vurulması ilə bağlı növbəti aksiya keçirib.

Bu aksiyaya Almaniya, İspaniya və Rusiyadan olan 8 veterinar həkim-cərrah və feldşer assistentləri qatılıb.

Aksiya çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olan mütəxəssislər Baytarlıq təbabəti fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə birlikdə Gəncə şəhəri ərazisində olan sahibsiz heyvanların qısırlaşdırılması, quduzluq peyvəndinin və qulaq birkalarının vurulması prosesini həyata keçirib.

Şəhərin heyvan sığınacağı olan “Yuva” sığınacağından 70-ə yaxın sahibsiz küçə heyvanları da bura gətirilərək qısırlaşdırılma və quduzluq peyvəndlənməsi aparılıb.


ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiyaADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiyaADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiyaADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiyaADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiyaADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiyaADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiyaADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiyaADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya