ADAU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə (ATİAHİ) Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş bədii-yaradıcılıq müsabiqə festivalı keçirilib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə gənclər arasında keçirilən müsabiqə - festival incəsənət və mədəniyyət sahəsi üzrə istedadlı gəncləri üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişafına dəstək olmaq məqsədi daşıyır.

Universitetin prorektoru Aidə Qasımova, Festivalın təşkilat komitəsi və münsiflər heyətinin üzvləri – Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Mədəni-kütləvi və İdman işləri şöbəsinin müdiri Rüstəm Nəzirov, Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev və Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli Aqrar Universitetdə festivala baxış müsabiqəsində iştirak ediblər.

Hazırlanan zəngin konsert proqramında tələbələr incəsənətin müxtəlif janrlarında öz istedadlarını nümayiş etdiriblər. Müsabiqədə gənclərin bədii qiraət və aşıq havalarını, xalq mahnılarını ifaetmə bacarıqları maraqla qarşılanıb. Yaradıcılıq festivalının baxış müsabiqəsində istedadı ilə seçilən tələbələr Bakıda keçiriləcək yekun konsertdə iştirak etmək hüququ qazanıblar.


ADAU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilibADAU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilibADAU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilibADAU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilibADAU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib