Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün qeyd olunması barədə ƏMR

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün universitetdə qeyd olunması məqsədilə

ƏMR EDİRƏM:

1. 17 aprel 2024-cü il tarixindən 10 may 2024-cü il tarixinədək aşağıdakı tədbirlər həyata keçirilsin:

2. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tələbələrin Gəncə şəhər Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil edilsin.

3. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbirlər, dəyirmi masalar, xüsusi toplantılar keçirilsin.

4. Tələbələr arasında Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və yaradıcılığına həsr olunmuş bilik yarışı, intellektual oyunlar, spartakiada, idman yarışlarının (şahmat, dama, nərd, stolüstü tennis, voleybol və futzal) keçirilməsi təşkil edilsin.

5. Tapşırılsın fakültə dekanlarına ictimai təşkilatlarla birlikdə qeyd olunan tədbirlərin keçirilməsini təmin etsinlər.

6. Əmr www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

7. Ümumi şöbə (Venera Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor Aidə Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor Aidə Qasımovanın təhriri məruzəsi.

Rektor
Zəfər Qurbanov