Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Dövlət Aqrar Universiteti
ƏMR
№615
Azərbaycan Dövlət Aqrar Universiteti
ƏMR
№615
Gəncə şəhəri
10.11.2021
"17 noyabr - Milli Dirçəliş günü"nün keçirilməsi barədə
"17 noyabr - Milli Dirçəliş günü"nün Universitetimizdə qeyd edilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə "17 noyabr - Milli Dirçəliş günü"nə həsr olunmuş tədbir keçirilsin.
2. Əmr "Aqrar mütəxəssis" qəzetində dərc edilsin və Universitetin İnternet səhifəsində yerləşdirilsin.
3. Ümumi şöbə (V.Hüseynova) əmrin çoxaldılaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.
ƏSAS: tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təqdimatı.
Rektor
İbrahim Cəfərov
İbrahim Cəfərov